Açıklama
TP-Link Archer C5400X MU-MIMO Wi-Fi Router – Yüksək performanslı oyun routeri (Gaming router). Fiber optik xətt üçün nəzərdə tutulmuşdur. Archer C5400X Wi-Fi Router oyun həvəskarlarını biganə qoymayacaq. Router ən muasir texnologiyalarla təciz edilib.
Oyun routerinin üstünlükləri:
1,8 GHz 64-bit dörd nüvəli prosessor, 3 köməkçi prossesorlar və 1 GB operativ yaddaş (RAM).
5334 Mbit/s sürətə qədər üçdiapazonlu Wi-Fi;
Maksimum təhlükəsizlik üçün “HomeCare” funksiyası.
“VPN acceleration” VPN qoşulma sürətini 5 dəfə artırır.
“MU-MIMO” və “Airtime Fairness” texnologiyası – Wi-Fi-ni paylaşdırır və performansını optimallaşdırır.
“RangeBoost” siqnal qəbulunu yaxşılaşdırır və “Beamforming” Wi-Fi siqnalın cihazlara doğru dəqiq istiqamətləndirir bu isə əhatə dairəsin dahada genişləndirir.
Traffiki bütün cihazlar arasında bərabər bölüşdürür.
Archer C5400X online oyunlarda gecikmələrin qarşısını alır: dinamik optimizasiya modulu sayəsində oyun traffiklərini aşkarlayır və oyun zamanı o kompüterlərə taktiki üstünlük verir. Oyun oynamadıqda isə 4K keyfiyyəti ilə maksimum sürətlə filmə bax. Əgər diapazonda bir neçə cihaz varsa, router əsas üstünlüyü oyun oynayan cihazlara verir.